İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.
ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.
İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.
AzEdu.az məlumat verir ki, kitabçada Riyaziyyat fənnində məzmun sahələri üzrə sual sayı aşağıdakı kimidir:
1.Həqiqi ədədlər və onlar üzərində əməllər
- Kompleks ədədlər və onlar üzərində əməllər
- Nisbət, tənasüb və faiz
- Rasional ifadələr
- İrrasional ifadələr və həqiqi üstlü qüvvət
- Tənliklər, tənliklər sistemi. Tənlik qurmaqla məsələ həlli
- Bərabərsizliklər
- Ədədi ardıcıllıqlar. Silsilələr
- Funksiyalar
- Triqonometriya
- Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik bərabərsizliklər
- Limit
- Törəmə və onun tətbiqləri
- İbtidai funksiya və inteqral
- Statistika və ehtimal
- Sadə həndəsi fiqurlar
- Üçbucaqlar
- Dördbucaqlılar, çoxbucaqlılar
- Çevrə
- Müstəvi fiqurlarının sahəsi
- Koordinatlar üsulu. Hərəkət, oxşarlıq. Vektorlar
- Fəzada düz xətt və müstəvilərin qarşılıqlı vəziyyəti
- Çoxüzlülər, onların səthinin sahəsi və həcmi
- Fırlanma cisimləri, onların səthinin sahəsi və həcmi