Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 08:30:00
Azərbaycanda Dərsliklərin Müstəqil  Monitorinqi Mərkəzi yaradıldı - AzEdu nəzdində 

 

         

AzEdu.az Təhsil Portalının  nəzdində xüsusi  mərkəzin əsası qoyulub. Dərsliklərin Monitorinq mərkəzinin yaradılmasında əsas məqsəd dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.

 

Ötən gün mərkəzin ilk iclası keçirilib və bundan sonrakı fəaliyyətilə bağlı görüləcək işlər açıqlanıb.

 

Qeyd olunub ki, bu, ilk iclasdır və bundan sonra hər fənn üzrə müzükirələr olacaq, həm müvafiq dövlət qurumlarına, həm də cəmiyyətə məlumat veriləcək.

 

Müzakirə zamanı dərsliklərlə bağlı çox ciddi boşluqlar vurğulanmaqla yanaşı, onların həll yolları, çağdaş təhsilimizin standartlarına cavab verən uyğun variasiyaları təklif olunub.

 

Peşəkar ekspertlər istər dəqiq, istər humanitar, istərsə də təbiət fənlərinə aid bəzi çatışmazlıqları sadalayaraq, onların ümumi dərslik standartlarından kənar olduqlarını diqqətə çatdırıblar.

 

Toplantıda iştirak edən professor, əməkdar ekm xadimi Şahlar Əsgərov mərkəzin təhsilalanların həyatında vacib rol oynayacağını vurğulayıb.

 

Müzakirədə həmçinin, Təhsil İnsitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Fərrux Rüstəmov, tanınmış pedaqoq Sona Əliyeva, “Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov, araşdırmaçı-jurnalist Məzahir Məmmədli, tanınmış fizika mütəxəssisi Namiq Süleymanov, AzEdu Təhsil portalının baş redaktoru Elmin Nurizadə  iştirak edib.

 

Qeyd edək ki, hər fənn üzrə dərsliklərin ayrıca monitorinqi aparılacaq, mütəxəssislərin təklifləri diqqətə çatdırılacaq.

 

Elmin Nurizadə qeyd edib ki, artq ayrı-ayrı sahələr üzrə mütəxəssislərlə əlaqə saxlanılıb: “Məsələ ciddi rezonans doğurub. Açığı mütəxəssislərimizin məsələyə bu qədər vacib iş kimi yanaşacağını gözləmirdik. Hesab edirik ki, Dərsliklərin Monitorinqi Mərkəzi Azərbaycan təhsilinə, xüsusilə də orta və ali çəktəb dərsliklərinin daha yaşı yazılması baxımından əhəmiyyətli rol oynayacaq”.