Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-14 18:00:00
“Təbiət fənlərində 5E modeli” mövzusunda vebinar təşkil olunacaq

Mayın 16-da “Təbiət fənlərində 5E modeli” mövzusunda vebinar keçiriləcək.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, vebinarın məqsədi təbiət fənlərində 5E modelinin tətbiqinin izah edilməsidir.

 

Vebinarda Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının baş müəllimi, “Təbiət V” dərslik komplektinin həmmüəllifi Elşad Yunusovun məruzəsi dinləniləcək.

 

Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.