Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-14 15:17:00
DİM: “Young Learners” imtahanlarına qeydiyyat davam edir

“Young Learners” (azyaşlı öyrənənlər) imtahanlarına qeydiyyat mayın 17-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu kvalifikasiyalar xüsusi olaraq azyaşlılar (6-12 yaş) üçün onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat (PreA1 Starters, A1 Movers, A2 Flyers) ilə təmin edilir.

 

İmtahan iyunun 30-da və iyulun 2-də keçiriləcək.

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə), Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təklif edir. İmtahanlar barədə ətraflı məlumatı DİM-in saytından və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.