Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-15 11:56:00
Sertifikasiyada Ədəbiyyat fənni üzrə salınacaq MÖVZULAR

 

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

 

AzEdu.az məlumat verir ki, kitabçada Ədəbiyyat fənni üzrə verilən mövzular aşağıdakılardır:

 

  1. Azərbaycan şifahi xalq ədəbiyyatı
  2. Əfzələddin Xaqani Şirvani. “Gənclərə nəsihət” əsəri
  3. “Kitabi-Dədə Qorqud” eposu. “Basatın Təpəgözü öldürdüyü boy”. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. “Salur Qazanın evinin yağmalandığı boy”
  4. Nizami Gəncəvi. “Sultan Səncər və qarı” əsəri. “Yaralı bir uşağın dastanı” əsəri. “İskəndərnamə” poeması
  5. İmadəddin Nəsimi. “Sığmazam” qəzəli. “Ağrımaz” qəzəli
  6. Şah İsmayıl Xətayi. “Bahariyyə” (“Dəhnamə” poemasından) . “Dəhnamə” poeması
  7. Məhəmməd Füzuli. “Söz”, “Məni candan usandırdı...” qəzəli. “Leyli və Məcnun” poeması
  8. “Koroğlu” eposu. “Düratın itməyi” qolu. “Durna teli” qolu. “Koroğlu ilə Bolu bəy” qolu. “Həmzənin Qıratı qaçırması” qolu
  9. Molla Pənah Vaqif. “Hayıf ki, yoxdur” qoşması. “Pəri” qoşması
  10. Qasım bəy Zakir. “Durnalar” qoşması. “Badi-səba, mənim dərdi-dilimi...” qoşması.
  11. Mirzə Fətəli Axundzadə. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” komediyası. “Aldanmış kəvakib” povesti
  12. Aşıq Ələsgər. “Dağlar” rədifli qoşmalar
  13. Seyid Əzim Şirvani. “Qafqaz müsəlmanlarına xitab” şeiri. “Guş qıl...” müxəmməsi
  14. Nəcəf bəy Vəzirov. “Müsibəti-Fəxrəddin” faciəsi
  15. Süleyman Sani Axundov. “Nurəddin” hekayəsi
  16. Əbdürrəhim bəy Haqverdiyev. “Bomba” əsəri
  17. Məhəmməd Hadi. “Türkün nəğməsi” şeiri
  18. Cəlil Məmmədquluzadə. “Qurbanəli bəy” əsəri. “Anamın kitabı” tragikomediyası
  19. Mirzə Ələkbər Sabir. “Əkinçi” satirası. “Neylərdin, ilahi?!” satirası
  20. Hüseyn Cavid. “Ana” faciəsi. “İblis” faciəsi
  21. Əhməd Cavad. “Azərbaycan bayrağına” şeiri. “Səsli qız” poeması
  22. Cəfər Cabbarlı. “Ana”şeiri. “Oqtay Eloğlu” faciəsi
  23. V. Çəmənzəminli. “Zeybək qızı” hekayəsi
  24. Abdulla Şaiq. “Anabacı” hekayəsi
  25. Almas İldırım. “Əsir Azərbaycanım” şeiri
  26. Mikayıl Müşfiq. “Yağış yağarkən” şeiri. “Həyat sevgisi” şeiri
  27. Məhəmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam” poeması. “Türkün dili” şeiri
  28. Süleyman Rüstəm. “Təbrizim” şeiri
  29. Mirmehdi Seyidzadə. “Əqrəb və Çanaqlı bağa” təmsili
  30. Mehdi Hüseyn. “Odlu qılınc” hekayəsi
  31. Cabir Novruz. “Mən bizim anaları Günəşlə tən tuturam” şeiri
  32. Mirzə İbrahimov. “Azad” hekayəsi. “Gələcək gün” romanı
  33. Hikmət Ziya. “Kərgədan və Qarışqa” təmsili
  34. Əliağa Kürçaylı. “Qaranquş” şeiri
  35. Səməd Vurğun. “Azərbaycan” şeiri. “Ananın öyüdü” şeiri. “Vaqif ” dramı
  36. Rəsul Rza. “Çinar ömrü” şeiri. “Qızılgül olmayaydı...” poeması
  37. Mir Cəlal. “Bahar” (“Bir gəncin manifesti” romanından parça). “Açıq kitab” romanı
  38. İsa Hüseynov. “Zəhər” hekayəsi
  39. Məmməd Araz. “Azərbaycan – dünyam mənim” şeiri. “Əsgər məktubu” şeiri
  40. Əli Kərim. “Qaytar ana borcunu” şeiri
  41. “Keçən ilin son gecəsi” pyesi
  42. Elçin. “Talvar” hekayəsi
  43. Sabir Əhmədli. “Dərs” hekayəsi 4
  44. İlyas Əfəndiyev. “Xurşidbanu Natəvan” dramı
  45. İsmayil Şıxlı. “Namərd gülləsi” hekayəsi. “Dəli Kür” romanı
  46. Xəlil Rza Ulutürk. “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri
  47. Fikrət Qoca. “Şuşa” şeiri
  48. Qılman İlkin. “İntiqam” hekayəsi
  49. Bəxtiyar Vahabzadə. “Vətəndaş” şeiri. “İstiqlal” poeması. “Şəhidlər” poeması
  50. İvan Krılov. “Ağac” təmsili
  51. Ernest Heminquey. “Qoca və dəniz” povesti
  52. A. Ərsoy. “İstiqlal marşı” əsəri
  53. Çingiz Aytmatov. Manqurt (“Gün var əsrə bərabər” romanından). “Gün var əsrə bərabər” romanı
  54. Mövzulararası əlaqə
  55. Ədəbiyyat nəzəriyyəsi
  • Nəzm və nəsr
  • Azərbaycan şeirində vəznlər
  • Yazılı ədəbiyyatda ədəbi növlər və janrlar
  • Bədii əsərdə həyat hadisələrini əksetdirmə üsulları
  • Bədii gülüş
  • Bədii əsərin quruluşu. Süjet və kompozisiya
  • Bədii əsərin dili. Bədii təsvir və ifadə vasitələri