Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 14:10:00
Sertifikasiyada Azərbaycan dili fənnindən suallar bu MÖVZULARDAN düşəcək



İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. 

 

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

 

AzEdu.az məlumat verir ki, kitabçada Azərbaycan dili fənnində məzmun sahələri üzrə sual sayı aşağıdakı kimidir:

 

  • Oxu - 3
  • Yazı - 2
  • Dil qaydaları - 20
  • Ədəbiyyat və həyat həqiqətləri -15

 

Bölmələr üzrə mövzuları təqdim edirik:

 

1.Fonetika         

                       

  • Saitlərin, samitlərin yazılışı və tələffüzü. Sözün hərf və səs tərkibi. Ahəng qanunu. Heca. Vurğu. Fonetik təhlil

 

  1. Leksika

 

  • Sözün leksik və qrammatik mənası. Sözün məcazi mənası. Dilin lüğət tərkibi. Çoxmənalısözlər. Omonimlər. Sinonimlər. Antonimlər. Frazeoloji birləşmələr. Terminlər. Arxaizmlər. Etimologiya. Leksik təhlil

 

  1. Sözün tərkibi

 

  • Şəkilçilər. Eyniköklü sözlər

 

  1. Sözün quruluşca növləri

 

  1. Morfologiya. Sözlərin ümumi qrammatik mənalarına görə qruplaşdırılması. Əsas və köməkçi nitq hissələri.

 

  • İsim. İsim əsas nitq hissəsi kimi. İsmin spesifik xüsusiyyətləri. İsmin sintak- tik vəzifələri.
  • Sifət. Sifət əsas nitq hissəsi kimi. Sifətin spesifik xüsusiyyətləri. Sifətin sintaktik vəzifələri.
  • Say. Say əsas nitq hissəsi kimi. Sayın spesifik xüsusiyyətləri. Sayın sintaktik vəzifələri.
  • Əvəzlik. Əvəzlik əsas nitq hissəsi kimi. Əvəzliyin spesifik xüsusiyyətləri. Əvəzliyin sintaktik vəzifələri.
  • Feil. Feil əsas nitq hissəsi kimi. Feilin spesifik xüsusiyyətləri. Feilin sintaktik vəzifələri.
  • Zərf. Zərf əsas nitq hissəsi kimi. Zərfin spesifik xüsusiyyətləri. Zərfin sintaktik vəzifələri.
  • Qoşma. Qoşma köməkçi nitq hissəsi kimi. Qoşmanın spesifik xüsusiyyətləri. Qoşmanın sintaktik vəzifələri.
  • Bağlayıcı. Bağlayıcı köməkçi nitq hissəsi kimi. Bağlayıcının spesifik xüsusiyyətləri. Bağlayıcının sintaktik vəzifələri.
  • Ədat. Ədat köməkçi nitq hissəsi kimi. Ədatın spesifik xüsusiyyətləri. Ədatın sintaktik vəzifələri.
  • Nida. Nida köməkçi nitq hissəsi kimi. Nidanın spesifik xüsusiyyətləri. Nidanın sintaktik vəzifələri.
  • Modal sözlər. Modal sözlərin sintaktik vəzifələri.
  • Morfoloji təhlil.

 

  1. Sintaksis

 

  • Söz birləşmələri. Söz birləşmələrinin növləri. İsmi birləşmələr. Mürəkkəb adlar. Feili birləşmələr.
  • Sintaktik əlaqələr. Sintaktik əlaqələrin növləri.
  • Cümlə üzvləri. Cümlənin baş üzvləri. Mübtəda. Mübtədanın spesifik xüsusiyyətləri. Xəbər. Xəbərin spesifik xüsusiyyətləri.
  • Cümlənin ikinci dərəcəli üzvləri. Tamamlıq. Təyin. Zərflik. İkinci dərəcəli üzvlərin spesifik xüsusiyyətləri.
  • Cümlə üzvlərinin ifadə vasitələri.
  • Həmcins üzvlər.
  • Cümlədə söz sırası. Əlavələr. Xitab. Ara sözlər.
  • Cümlə. Söz-cümlə. Məqsəd və intonasiyaya görə cümlənin növləri. Nəqli cümlə. Sual cümləsi. Əmr cümləsi. Nida cümləsi.
  • Şəxsə görə sadə cümlənin növləri. Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə.
  • Cümlənin quruluşca növləri. Sadə cümlə. Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə.
  • Vasitəsiz nitq. Vasitəli nitq.
  • Sintaktik təhlil.

 

  1. Dil. Yazı. Nitq

 

  1. Ədəbi dilin normaları

 

  1. Ədəbi dilin üslubları

 

  • Bədii üslub. Elmi üslub. Publisistik üslub. Məişət üslubu. Rəsmi-işgüzar üslub

 

  1. Əməli yazılar

 

  1. Durğu işarələri

 

  1. Mətn

 

  1. Tezis

 

  1. Xülasə