Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 10:30:00
Azərbaycan Texniki Universitetində “CEO meetup” keçirilib  

Azərbaycan Texniki Universitetində (AzTU) “Caspian Energy Club” qrupunun təşkilatçılığı ilə “CEO meetup” keçirilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Tədbirə moderatorluq edən “Caspian Energy Club” qrupunun idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, görüş logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri ilə tələbələr arasında tanışlıq əlaqələrinin qurulması məqsədi daşıyır.

 

AzTU-nun rektoru Vilayət Vəliyev logistika sahəsinin inkişafının ölkə üçün mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, Texniki Universitetin Nəqliyyat və logistika fakültəsi sözügedən sahə üzrə mütəxəssislər hazırlayır. Universitetdə logistika sahəsi ilə bağlı elmi-tədqiqat işlərinə artıq start verilib.

 

Vilayət Vəliyev logistika üzrə təhsil alan tələbələrə karyeralarında uğur qazanmaları üçün daim bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib.

 

Daha sonra logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri - Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri, “Hellmann Worldwide Logistics” şirkətinin direktoru Kamran Həbibov, “ASE Logistics Group” şirkətinin direktoru Rəşad Abasov və “U.F.E Shipping” şirkətinin təsisçisi və müdiri Elmir Poladov fəaliyyətləri haqqında tələbələrə məlumat verib.

 

“CEO meetup” sual-cavab formatında davam edib.