Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 10:15:00
“Microsoft” şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edəcək

Mayın 17-də “Microsoft” şirkəti tərəfindən azərbaycanlı müəllimlər üçün “Windows-un müasir versiyalarında tədris alətləri” mövzusunda təlim təşkil ediləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim şirkətin “Windows” və “Microsoft Office” kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən rus dilində aparılacaq. Marat Xayrulin, eyni zamanda, “Microsoft Inclusive Tools” təlim kursunun və “İnklüziv alətlər kataloqu”nun müəlliflərindən biridir.

 

Təlim çərçivəsində “Windows 10” və “Windows 11” sistemlərində müəllimin işini daha səmərəli və asanlaşdıracaq, daha yaradıcı təlim materiallarının yaradılmasına kömək edəcək alətlər barədə, eləcə də inklüziv təhsil imkanlarından danışılacaq. Təlim müddətində müəllimlər alətlərin canlı nümayişini izləmək və faydalı materiallar əldə etmək imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə “Virtual məktəb” platforması üzərindən onlayn təşkil olunub.