Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 09:15:00
Təhsil naziri Qubada vətəndaşları qəbul edəcək  

Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər iştirak edə bilərlər.

 

Qeyd edək ki, təhsil nazirinin Qubada keçiriləcək qəbulunda mayın 4-dən 10-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etmiş şəxslər iştirak edəcək.