Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 17:45:00
DİM-də vakansiya elan edilib  

Dövlət İmtahan Mərkəzinin (DİM) İnformasiya texnologiyaları şöbəsində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Vakansiya üzrə müraciət etmək istəyən şəxslər mayın 31-dək öz CV formasını mövzu bölməsində “İşə qəbul” qeyd olunmaqla [email protected] ünvanına göndərə bilərlər. Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

 

MSSQL Server 2008-2019 verilənlər bazasının administrasiyası üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.