Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 15:40:00
Təhsil İnstitutu Gürcüstanın Qriqol Robakidze Universiteti ilə əməkdaşlığa başlayıb  

Təhsil İnstitutu Gürcüstanın Qriqol Robakidze Universiteti ilə əməkdaşlığa başlayıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iki qurum arasındakı əməkdaşlığın məqsədi ali təhsil müəssisəsinin müasir tədqiqat metodları barədə maarifləndirilməsinə, həmçinin empirik tədqiqatlar sahəsində potensialının artırılması və imkanlarının gücləndirilməsinə dəstək olmaqdır.

 

Ali təhsil müəssisəsi tərəfindən tədqiqatçı yetişdirmək, kəmiyyət və keyfiyyət baxımından yüksək elmi tədqiqatlar aparmaq önəmlidir. Qeyd edilən sahədə potensialın artırılması və lazımi bilik və bacarıqların öyrədilməsi zəruridir. Bu məqsədlə Təhsil İnstitutu tərəfindən universitetin professor-tələbə heyəti üçün “Tədqiqat metodları” mövzusunda virtual təlimlər keçirilir.

 

Təlimlər, ilk növbədə, universitetin hüquq, dövlət idarəçiliyi, siyasi elmlər və beynəlxalq münasibətlər fakültələrinin professor heyəti və doktorantlarından ibarət 20 nəfərlik qrup üçün təşkil edilib. İlkin mərhələdə hədəf qrupun ehtiyac və tələblərinin müəyyənləşdirilməsi, təlim proqramının həmin ehtiyaclar əsasında tərtibi üçün iştirakçılar ilə tanışlıq görüşü keçirilib. Virtual təlimlər zamanı elmin və tədqiqatın əsas aspektləri, tədqiqat paradiqmaları, nəzəriyyə və sosial tədqiqatlar, sosial tədqiqat etikası və siyasəti, tədqiqat dizaynı, konseptuallaşdırma kimi mövzular tədris edilib. Təlimlər ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev tərəfindən aparılıb.

 

Qeyd edək ki, Qriqol Robakidze Universitetinin digər fakültələrində də müvafiq təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə tədqiqatların aparılması planlaşdırılır.