Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 11:58:00
“SABAH Magistratura” tələbələri üçün təlim təşkil edilib  

Təhsil İnstitutu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH Magistratura” proqramında təhsil alan tələbələri üçün “Azərbaycanda qeyri-formal və informal təhsilin tanınmasının tətbiqi zamanı yaranmış çətinliklər və gələcək üçün perspektivlər” mövzusunda təlim təşkil olunub.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Təlimin qonağı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva olub.

 

Təqdimat zamanı tələbələrə ölkəmizdə təhsilin formaları, qeyri-formal və informal təhsil haqqında ətraflı məlumat verilib. Bundan əlavə, ötən il ərzində qeyri-formal və informal təhsillə bağlı görülən işlər və yaranan əsas çətinliklər barədə danışılıb. Təqdimatın sonunda bərbər ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsi ilə bağlı videoçarx nümayiş olunub.

 

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib.

 

Tədbirin sonunda təlimçi qeyri-formal və informal təhsil prosesi ilə daha yaxından tanış olmaq istəyən tələbələri imtahanlarda bacarıqların qiymətləndirilməsi mərhələsində iştirak etməyə dəvət edib.

 

Qeyd edək ki, Təhsil İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.