Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 11:46:00
Müəllimlər üçün təlimlərə start verilib  

Təhsil İnstitutu Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat üzrə “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə start verib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərdə spiker qismində “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edir.

 

Təlimlərdən Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları, Beynəlxalq ticarət, logistika və marketinq, “Mühəndis riyaziyyatı və süni intellekt və s. kafedralarının əməkdaşlarının faydalanması nəzərdə tutulub. Təlimlər 8 həftə davam edəcək.

 

Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq.