Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 10:16:00
Azərbaycansayağı təhsil şüurumuz

Son 30 ildə təhsilimiz də özumuz kimi, simasıyla, düşüncəsiylə dəyişikliyə məruz qalıb. Həm də bu dəyişiklik son 100 ildəkindən daha çox və sürətlidir. O qədər sürətlidir ki, artıq islahatların da, proqramların da adını unutmuşuq... Biz onsuz da hər anlamda unutqanıq, bu da onlardan biri...
Bəs bu dəyişikliklər yaxşıdır, yoxsa pis?


Hələ ki bilmirik, amma bilinən odur ki, kimin və hansı prizmadan baxmasına görə cavablar fərqli, müzakirələr müxtəlifdir. Və deyəsən bu dəyişikliklər hələdə davam edir....


Virtual aləmin genişlənməsiylə balaca kəndə çevrilən dünyanın və real həyatın dəyişikliklərinə təhsil sitemimiz uyğunlaşa bilirmi? Yox, sualı duz qoymadıq, daha doğrusu tab gətirə bilirmi?


Bu sualın cavabını cəmiyyət bilir və bilir ki təhsil şüurunun dəyişməyəcəyi, formalaşmayacağı mddətdə, bu şüur gəncliyi də, elə təhsilin özünü də məhv edəcək. İnkişaf etmiş ölkələrdə bu şüur cəmiyyətin düşünən beynidir, ictimai mənliyin inikasıdır, gələcəyin təminatçısıdır. Bizdə isə bu şüur, sadəcə “bilik verən” (artıq onu da doğru dürüst bacarmırlar), imtahana hazırlayan, plagiat təhsil proqramlarını dəyişmədən tətbiq edən, “diplom” ənənəsinin israrla təbliğatını aparan və əmək bazarı üçün lazımsız ixtisaslarda ali təhsilli şəxslər yetişdirməkdən irəlini düşünə bilmir. Bu siyahını əlbəttə çox uzatmaq olar, ümumi mənzərəni anlamaq üçün məncə bu da kifayət edir... Bəli, sonda olan bizə, cəmiyyətə olur, çünki, ictimai şüurun formalaşmadığı cəmiyyətlərdə demək ki, ziyalı qismin “toplaşdığı” təhsil cəmiyyətinin şüuru hələ “doğulmayıb”


Xalqını və millətini sevən, cəmiyyətin inkişafını və gələcəyini düşünə bilən təhsil şüuru doğulmadan, bütün səylər boşdur...


Tusi Baxış