Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 19:32:00
Xeyli şagird buraxılış  imtahanlarına gəlmədi – 7 nəfərin  nəticəsi ləğv olundu

 

 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 16-17 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44856 nəfərdən 522 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları