Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 15:00:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 28 nəfər uğur qazanıb  

Yeddi dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə ötən il dekabrın 13-dən başlanan ümumi müsahibələr davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 164 nəfər qeydiyyatdan keçib. Bu gün saat 12:10-dək olan məlumata görə, 28 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.