Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 11:58:00
Ukrayna Rusiya ilə elmi-texniki əməkdaşlığı rəsmi şəkildə DAYANDIRIR

 

Ukrayna ilə Rusiya arasında elmi-texniki sahədə əməkdaşlığı dayandırmaq üçün daha bir addım atılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Məlumata əsasən, hökumət Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanmış “Ukrayna Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında Sazişin qüvvəsinin dayandırılması haqqında” qanun layihəsini təsdiqləyib.

 

Təhsil nazirlikləri, elmi-tədqiqat müəssisə və təşkilatları, ali təhsil müəssisələri arasında əməkdaşlığı tamamilə dayandırılıb.

 

Nazirlər Kabinetinin Reqlamentinə əsasən, qəbul edilmiş qanun layihəsi Ukrayna Ali Radasına təqdim olunacaq.