Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 18:14:00
Şəhid xanımından Prezidentə təşəkkür: “Bu, müəllim adına verilən dəyərdir”-VİDEO

Prezident İlham Əliyevin sərəncamı ilə 7 mart tarixində “Tərəqqi” medalına layiq görülən xanımlara bu gün mükafatları təqdim edilib.  

 

Sərəncama əsasən Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilmişdi ki, onlardan biri Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızıdır.

 

O, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevayanın xatirəsinə  həsr olunan tədbirdə “Tərəqqi” medalı Nəcibə Axundovaya təqdim edilib.

 

Direktor xanım təltiflə bağlı təəssüratlarını  bölüşüb. Azedu.az həmin videonu təqdim edir: