Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 12:03:00
“Müəllimlər müəyyən suallara uyğun strategiya qursalar,tədris daha faydalı olar”-Direktor müavini

 

“Beynəlxalq qiymətləndirmə tədqiqatlarından yalnız TIMSS müəllimlər və məktəb rəhbərlərinə istiqamətlənir, yəni respondent olaraq onlar iştirak edirlər”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva bildirib.

 

Direktor müavini bu tədqiqatlarda müəllimlərin rolunu qeyd edib:

 

“Digər qiymətləndirmə tədqiqatlarında iştirakçılar bilavasitə şagirdlərdir. Yəni bunun məqsədi şagirdlərin bilik və bacarıqlarını ölçüb, əmək bazarına nə qədər hazır olduqlarını müəyyən etməkdir. Təhsil İnstitutu müəllimlər üçün müxtəlif tədbirlər, dəyirmi masalar, konfranslar, vebinarlar, seminarlar təşkil edir. Mənim tövsiyəm bu olar ki, müəllimlər əsasən bu tədqiqatların nəticələrinə uyğun olaraq şagirdlərin öyrənmə və tətbiq bacarıqlarını əhatə edən suallar ətrafında düşünsünlər”.

 

Son olaraq o,-“Müəllimlər buna uyğun suallarla işləsələr, nəticələrə uyğun öz pedaqoji strategiyalarında bütün bunları nəzərə alsalar, çox faydalı olacaq”-deyə bildirib.