Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 15:32:00
Təhsil krediti üçün müraciətinə imtina cavabı gələn tələbələrin nəzərinə - Diqqətli OLUN

  

Təhsil Tələbə Krediti Fondu müraciətinə imtina cavabı gəlmiş və ya Standart TTK-ya namizəd olan tələbələrə müraciət edib.

 

Müraciətdə bildirilir ki, həmin tələbələr  "Müraciətin izlənməsi" bölməsindən imtinanın səbəbini öyrənə bilər və ya standart TTK üçün seçim edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, tələbə sosial statusunun olduğuna əmin olduğu halda sosial statusun yenidən yoxlanması bölməsini seçə, əgər Sosial TTK üçün müraciətə düzəliş etmək lazım gələrsə müraciətini geri qaytarıb redaktə edə bilər.

 

1.Sosial TTK üzrə: "Sosial statuslar" bölməsindən valideynlərin FIN kod emalı nəticəsi ilə tanış ola bilərlər.

 

2.Standart TTK üzrə: "Təhsil məlumatları" bölməsində toplanmış bal və ödənilmiş məbləğin TTK şərtlərinə uyğunluğuna baxa bilərlər.