Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 13:25:00
MDU-da “XXI əsrin bacarıqları” mövzusunda seminar  
 

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “XXI əsrin bacarıqları” mövzusunda seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdiyi seminarda “Kəşf et” layihəsinin təsisçisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində layihə meneceri Jalə Ələkbərova təqdimatla çıxış edib.

 

“Kəşf et” layihəsindən bəhs edən J.Ələkbərova əsas məqsədin yeni dövrdə inkişaf etdirilməsi vacib bilik və bacarıqları, onların karyera inkişafında rolunun gənclərin diqqətinə çatdırılması olduğunu bildirib.

 

Təqdimat zamanı J.Ələkbərova müasir peşələr, fərdin hərtərəfli inkişafı üçün lazım olan yumşaq bacarıqlar (soft skills) və sərt bacarıqlar (hard skills) barədə ətraflı məlumat verib.

 

İnteraktiv qaydada keçirilən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.