Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 17:23:00
Kolleclərə ixtisas seçimi nə zaman olacaq?-CAVAB

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yenidən aktiv edilmiş ərizə qəbulu bu gün yekunlaşır.

 

Sənəd qəbulu bu gün 23:59-da başa çatacaq. Əsasən, kolleclərlə bağlı ən çox verilən suallardan biri də ixtisas seçiminin zamanı ilə əlaqəlidir.

 

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin seçimi başa çatdıqdan sonra aparılacaq.

 

Son məlumata görə, 99 min 47 nəfər (Azərbaycan bölməsi - 90 min 690 nəfər, rus bölməsi - 8 min 357 nəfər) ərizəsini təsdiqlədib.