Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 11:08:00
AzEdu.az-dan rezonans yaradacaq müsabiqə ilə bağlı  müraciət – Son tarix, şərtlər və mükafat

“Ucqar kənd müəllimləri şəbəkəsi”  layihəsinin ilk müsabiqəsinə yazıların qəbulu davam edir.

Ümumiyyətlə,  “Ucqar kənd müəllimləri şəbəkəsi”  layihəsi qısa vaxtda xeyli rəğbət qazanıb. 

Xatırladaq ki, layihə vasitəsilə AzEdu.az bölgələrdə çalışan gənc müəllimləri şəbəkə şəklində bir araya gətirir.

“Ayın müəllimi” adını ala biləcəyiniz müsabiqə davam edir.

Şəbəkəyə üzv olmayan müəllimlərin də qatıla biləcəyi müsabiqə çərçivəsində müəllimlər portalın qoyduğu konkret   mövzu ətrafında öz mülahizələrini irəli sürərək, həcmindən asılı olmayaraq, yazı yazacaqlar. Yazıda 3T prinsipinin  - təqdir, tənqid və təklif – hər biri keçərlidir. Bu,  təbii ki, müəllimin fərdi yanaşmasından asılı olaraq, dəyişəcək.

Hər ay təşkil olunacağı nəzərdə tutulan müsabiqənin ilk mövzusu “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər”dir.

Məqalələrin qəbulu üçün son tarix: 24 avqust, saat 00:00

Yazı göndərmək istəyən müəllimlərdən xahiş olunur ki, məqalələri “word document” və ya "pdf" şəklində, 1 A4 səhifəsindən az olmamaq şərtilə,  [email protected] ünvanına yollasınlar. Yazıların hansı janrda yazılmasının heç bir fərqi yoxdur.

Məqaləni yollayarkən "subject" hissəsinə mövzunun adını, yəni “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” yazmağınız lazımdır. Mətnin içində isə, ad, soyadınız, çalışdığınız təhsil müəssisəsi və vəzifənizi (hansı fənni tədris etdiyinizi), eyni zamanda əlaqə nömrənizi qeyd etməyinizi xahiş edirik.

İlkin olaraq, bizə göndərilən yazılar saytda paylaşılacaq. Daha sonra sosial şəbəkələrdə ən çox  bəyənilən, paylaşılan və müzakirəyə səbəb olan, həmçinin, azedu.az portalında daha çox oxunan  10 yazı final mərhələsi üçün seçiləcək.

Seçilmiş 10 yazı AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az

Qeyd:“Ucqar kənd müəllimləri şəbəkəsi”  layihənsinə üzvlük və layihənin məqsədi haqda daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.