Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 09:53:00
Bu il Əlifba bayramı necə qeyd olunacaq?  

Əlifba bayramı hər bir məktəblinin həyatında əlamətdar hadisədir. Valideynlərlə yanaşı, azyaşlılar bu günü böyük sevinc və həyəcanla gözləyirlər.

 

Son iki ildir pandemiya ilə əlaqədar digər tədbirlərlə yanaşı Əlifba bayramınını da ənənəvi qaydada keçirmək mümkün olmamışdı. Artıq koronavirusa yoluxma hallarının azalmasını nəzərə alsaq, “Son zəng” və Əlifba bayramının pandemiyadan öncəki kimi keçiriləcəyi gözlənilir.

 

Bu il birincilərin Əlifba bayramının məktəb daxilində ənənəvi qaydada keçirilməsinə icazə veriləcək.

 

Tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri də ənənəvi qaydada keçiriləcək. Təhsil Nazirliyindən bildirilib ki, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə “Son zəng” və digər tədbirlər ənənəvi şəkildə təşkil olunacaq.

 

Xatırladaq ki, koronavirus epidemiyası səbəbindən son 2 il ərzində “Son zəng” tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.

 

modern.az