Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 16:00:00
Alimlər alkoqollu və enerjili kokteyllərin zərərini açıqladılar
 
ABŞ, Böyük Britaniya və Braziliyadan olan bir qrup alim spirtli və enerjili içkilərin eyni vaxtda içilməsinin insan orqanizminə zərərindən danışıblar.
 
Moderator.az  xarici mətbuata istinadən bildirir ki, bu barədə 19 avqustda  Journal of Psychiatric Research nəşrində yazılıb.
 
Bioloqlar spirt və enerjili içkinin əsasını təşkil edən iki əsas maddəni-etanol və taurinin təsirini ətraflı öyrəniblər.  
 
Onlar, biri yırtıcı olan akvarium balıqları üzərində eksperiment aparıblar. Alimlər onları adi suda və etanol və taurinin müxtəlif proporsiyalarının qarışığını yerləşdiriblər.
 
Balıqların etanol və taurinin olduğu akvariumda yerləşməsi, onların sosial fəallığını azaldıb. “Kokteyl”in təsirindən sonra hətta yırtıcının yanında olmasına baxmayaraq onlarda qorxu hissi olmadığı da müşahidə olunub.
 
Alimlər bu nəticəyə gəliblər ki, alkoqol qəbul edəndə taurin neqativ təsirlərini artırır.
 
Etanol sakitləşdirici təsirə malikdir, taurinin isə stimullaşdırıcı əlamətləri var, ona görə də adamlar  iki komponentdən ibarət kokteyli nadir hallarda içirlər.