Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 09:00:00
Budəfəki buraxılış imtahanlarında ən ciddi problem nə oldu? – AzEdu-da SOĞRU

 

AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı həftəlik sorğular davam edir.

 

Sorğularda iştirak edərək siz çətinlik çəkdiyiniz məqamları müvafiq kateqoriyalar arasında müəyyənləşdirərək qeyd edə bilərsiz.

 

Budəfəki sorğu buraxılış imtahanlarında ən çox üzləşilən problemlərlə bağlıdır. Bunun üçün aşağıda qeyd olunan kateqoriyalardan hansında qeyd edilən problemlə üzləşdiyini seçərək səs verəcəksiniz:

 

1)Açıq sualların yoxlanılması

2) Qapalı sualların yoxlanılması

3) Zal nəzarətçilərinin imtahan otağında fəaliyyəti

4) İmtahan zamanı rast gəlinən texniki problemlər

5) Ümumi nəticələrin hesablanması

6) Sualların çətinlik səviyyəsi

7) Digər məqamlar

 

İştirak etmək üçün AzEdu.az saytına daxil olaraq sağ tərəf aşağı hissədə təqdim olunan sorğu bölməsində səs verə bilərsiniz.

 

Qeyd edək ki, nəticələrə əsasən, cəmiyyəti ən çox narahat edən problemin səbəbləri aydınlaşdırılmağa çalışılacaq.