Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 15:00:00
UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək  

23 - 26 iyun tarixlərində UNEC – Beynəlxalq Magistratura və Doktorantura mərkəzinin təşkilatçılığı ilə IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2022) baş tutacaqdır.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru, professor Ədalət Muradov məlumat verib.

 

Rektor bildirib ki, bu konfrans elmi-akademik imkanlarını genişləndirərək tədqiqatçılar üçün SCOPUS, SPRINGER kimi nüfuzlu platformalarda nəşr imkanları təqdim edəcəkdir. Ölkəmizin işğaldan azad olunmuş bölgələrinin iqtisadiyyatı və yaşıl iqtisadiyyat ilə bağlı kitablar konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaqdır.

 

Həmçinin konfrans günlərində iqtisad elminin dünyadakı nüfuzlu nümayəndələrinin iştirakı ilə plenar çıxışlar, aktual mövzularda yerli və xarici mütəxəssislərin iştirakı ilə "workshop"lar, tədqiqatçılar üçün akademik təlimlər və iş dünyasını da yaxından maraqlandıran görüşlər təşkil olunacaqdır.

 

Konfransın baş sponsoru "PASHA Holding" şirkətlər qrupudur.

 

Baku Marriott Hotel Boulevard-da təşkil olunacaq konfransda iştirak üçün məruzələrin son göndərilmə tarixi 31 May 2022-ci ildir.