Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 14:20:00
Məktəblilər üçün “Nəzakət və etiket” qaydaları mövzusunda təlim keçirilib  

Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində “Nəzakət və etiket” qaydaları mövzusunda təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şəhla Musayeva tərəfindən aparılıb. Təlimdə məktəbin müəllim kollektivi və 6, 7, 8-ci sinif şagirdləri iştirak ediblər. Şəhla Musayeva şagirdlərə salamlaşma qaydaları, qida və geyim, həmçinin qonaq getmək mədəniyyəti barədə danışıb. O, eyni zamanda, Azərbaycan və digər ölkələrdə mövcud olan etiket və nəzakət qaydaları arasında bəzi fərqli xüsusiyyətlər, adət-ənənələrlə bağlı nümunələri şagirdlərin diqqətinə çatdırıb.

 

Təlimin sonunda müəllim və şagirdlərin sualları cavablandırılıb, mövzu barədə müzakirə aparılıb.