Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 12:58:00
İmtahanlardan narazı olanların sayı heç 10 faizə də çatmır – Məleykə Abbaszadə

 

“Apellyasiyaya 5 min 900 nəfər ərizə verib. Mən özüm də apellyasiya ilə bağlı postları oxuyanda görürəm ki, bu rəqəmi şişirdirlər. Bunu ümumi narazılıq hesab edirlər”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Ancaq nəzərə alaq ki,  imtahanlarda iştirak edən 67 min şagirddən cəmi 5 min 900-ü narazıdır. Belə bir nüans da var ki, apellyasiyaya verənlər arasında elə insanlar var ki, onlar ümumiyyətlə işlərini açıb baxmayıblar. Elələri də var ki, ümumiyyətlə apellyasiya qaydalarına uyğun olaraq müraciət etməyiblər.Bu məsələlər hamısı bir-bir araşdırılır”.

 

Sədr buraxılış imtahanlarında riyaziyyat fənnindən olan narazılıqlardan danışıb:

 

“Bu gündən etibarən 5-6 Mart tarixində keçirilən imtahanlarda Riyaziyyat fənnindən olan narazılıqları araşdırmağa başlayacağıq. İlk növbədə əlaqə vasitəsi olaraq telefon nömrəsini qeyd edən şəxslərləəlaqə saxlanılacaq. Ən son isə ZOOM platforması vasitəsiləəlaqə saxlamağa üstünlük verən şəxslərlə əlaqə yaradılacaq”.