Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 12:51:00
Buraxılışda 200 balı keçənlər arasında universitetlərə sənəd verməyənlər var-SİYAHI HAZIRLANIB

 

“Buraxılış imatahanlarından 200-dən çox bal toplayan şagirdlərin arasında da ali təhsil müəssisələrinə sənəd verməyənlər var”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Onlara fərdi yanaşma məqsədilə bu siyahıları Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki bu uşaqların ali təhsil müəssisələrinə qəbul olma şansları yüksəkdir. Onların nəticələri yaxşıdır və öz yaşıdlarından fərqlidirlər. Təhsil Nazirliyi təqdim etdiyimiz siyahı üzrə həmin şagirdlərlə bağlı müəyyən araşdırma aparacaq. Madi problem səbəb olarsa, ola bilsin onlara bu ildən tətbiq olunan təhsil kreditləri də təqdim olunacaq”.