Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 12:11:00
Builki imtahan nəticələri koronadan əvvəlki göstəricilərlə eyniləşdi -DİM sədri

 

“Bu il keçiirlən buraxılış imtahanları 2019-cu ildə keçirilən imtahanlarla müqayisə olunmalıdır”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Biz bu müqayisəni apardıq və görürük ki, 2019-cu il və builki imtahanlar arasında çox az fərq var. Bu da müsbət istiqamətdə müəyyən dəyişimdir. Amma demək olar ki, eyni səviyyə mövcuddur”.