Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 09:19:00
Marneulidə azərbaycanlı tələbələr Avropa strukturlarına inteqrasiya barədə məlumatlandırılıblar

Gürcüstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin Kvemo Kartli-Borçalı bölgəsi üzrə nümayəndəliyi Marneulidə yerləşən "Modus" Dövlət Kollecində görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, görüşdə təhsil ocağının rəhbərliyi, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.


İnformasiya mərkəzinin bölgə üzrə nümayəndəsi Temur Suğaşvili mərkəzin fəaliyyəti, Avropa İtttifaqı və onun qurumları, Gürcüstanın Avropa strukturlarına inteqrasiyası siyasəti barədə təqdimatla çıxış edib.


Görüşün sonunda iştirakçılara gürcü və Azərbaycan dillərində Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı müxtəlif məlumatları əks etdirən broşürlər təqdim edilib.