Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 14:58:00
Beş uşağı üçün öz məktəbini açan ata - “Ad Astra School”

Tesla, Space X, The Boring Company kimi şirkətlərini qurucusu olan Elon Musk, son dövrlər haqqında ən çox danışılan sahibkarlarından biridir. Muskun təşəbbüsüylə edilən dünyanın ən güclü roketlərindən olan Falcon Heavy, Florida əyalətindəki Kennedy kosmos hərbi bazasından kosmosa göndərildi. Roketin göyə göndərilməsinin ən maraqlı yanı isə roketdə Tesla markalı idman maşının olması idi.

Elon Musk sadəcə qeyri-adi sahibkar deyil. Eyni zamanda 2014-cü ildə 5 uşağını da üstün uşaqlar üçün nüfuzlu məktəbdən çıxardaraq Amerika, Los Angelesda öz qurduğu gizli məktəbi “Ad Astra School”a göndərən atadır.

Latınca “Ulduzlara” mənasına gələn Ad Astra ilə bağlı məlumatlara nadir hallarda çatmaq olur. Musk 2015-ci ildə Pekin televizoruna verdiyi reportajda ilk dəfə məktəbi haqqında danışmışdı.

Reportajda “Bu məktəbdə bal yoxdur”, deyə açıqlama verən Musk, məktəbləri “montaj xətti” kimi görmək yerinə təhsilin özünü, uşaqların maraqlarına və bacarıqlarına uyğunlaşdırmağın daha məntiqli olduğunu deyib.

Bu müsahibəsindən sonra Musk Ad Astra haqqında bir daha hər hansı rəsmi açıqlama verməyib. Bu məktəbə gedən uşaqların ailələri də eyni şəkildə məktəb haqqında heç nə deməyiblər. Məktəbin ictimaiyyətə açıq hər hansı İnternet saytı, telefon nömrəsi ya da məktəbdə işləyən idarəçilərə və müəllimlərə dair hər hansı bir məlumat tapılmır.

Ancaq 2017-ci ildə “Ad Astra”nı gəzmək şansı əldə edən X Prize Fondunun başçısı Peter Diamandis məktəbin mənimsədiyi fəlsəfəni bütün dünyayla bölüşdü. Diamandisin “Ad Astra”ya girə bilməsinin əsas səbəbi isə Muskun X Prize Fondunun heyətində olması idi.

“31 uşaqdan ibarət bu kiçik məktəbdə sabit element varsa, o da uşaqlarımızın bir gün real həyatda qarşılaşa biləcəkləri senarilərinin etik və əxlaqi ölçüdə müzakirə edilməsidir”, deyə danışır Diamandis.

Diamandis  müəllimlərin şagirdlərdən soruşduqları suallara da belə bir nümunə verir:

“Qəsəbənin əksəriyyətinin bir fabrikdə işlədiyi, bir göl üzərindəki qəsəbə xəyal edin. Ancaq bu fabrik gölü çirkləndirir və bütün həyatı  öldürür. Nə edərsiniz? Fabrikin bağlanması hər kəsin işini itirəcəyi mənasına gəlir. Digər tərəfdən fabrikin işləməsi gölün yox olması və ölməsi mənasına gəlir. Bu cür nizamlı və təkrarlanan danışıqlar/oyunlar uşaqların dünyanı mühüm dərəcədə önəmli gözlə görmələrinə səbəb olur”.

İnkişaf etmiş texnologiyaların etik nəticələri haqqında tez-tez danışan Musk üçün bu tərz etik və əxlaqi hesablaşmalar heç də yad deyil.  Aydındır ki, “Ad Astra” da, şagirdlərinin bənzər tərzdə müzakirələrə girmələrinə təşviq edir.