Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 14:39:00
Bu il ADNSU-nun bakalavriat pilləsini 50-dək əcnəbi tələbə bitirib  

2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavriat pilləsini 50-dək əcnəbi tələbə bitirib.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, müxtəlif ixtisaslar üzrə təhsil almış həmin gənclərdən 13-ü Çin, 30-u Türkmənistan, qalanları isə Rusiya, İran, Ukrayna və digər ölkələrdən olan gənclərdir.

Universitetdə əcnəbi tələbələrin təhsili üçün geniş imkanlar yaradılıb.