Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 14:42:00
Təhsil naziri UNEC tələbələri vənc müəllimlərlə görüşüb-FOTOLAR

 

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev UNEC-də olub.

 

AzEdu.az xəbər verir ki, Nazir Emin Əmrullayev UNEC-in rektoru professor Ədalət Muradovla birlikdə öncə şəhidlərinin Memorial-Xatirə Kompleksini ziyarət edərək əziz xatirələrini ehtiramla yad edib və kompleksin önünə gül dəstələri düzüb.

 

Sonra rektoru müşayiəti ilə UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoriya ilə tanışlıq olub. Nazirə kitabxanalar, mərkəz və hibrid auditoriyalar barədə ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyinin açılışı olub. Bildirilib ki, muzeydə nazirə UNEC-in yaranması barədə məlumatlar verilib, tarixi və rəsmi sənədlər göstərilib.

 

Sonra universitetdə yaradılan hibrid auditoriyalara baxış keçirilib, bildirilib ki, UNEC-də hazırda 50 hibrid auditoriya var, digər 50 auditoriyanın da yaxın zamanlarda hazır olacağı haqqında məlumat verilib, daha sonra Bloomberg laboratoriyasının açılışı baş tutub. Bildirilib ki, ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyası Bloomberg şirkəti tərəfindən təklif olunan başlıca professional xidmət hesab olunur. 12 Bloomberg terminalından ibarət bu laboratoriya UNEC-i bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verir. Həmçinin Bloomberg Terminalı hər bir bazarda real vaxt məlumatlarını, son xəbərləri, dərin araşdırmaları, güclü analitikləri, ünsiyyət vasitələrini və dünya səviyyəli icra imkanlarını bir araya gətirir.

 

UNEC ölkənin təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək olmaqla ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsində böyük töhfə verəcək və öz məzunlarının əmək bazarında işlə təmin olunmasında mütləq üstünlüyə malik olacaqdır.

 

Açılışdan sonra nazir UNEC tələbələri və gənc müəlilmlərlə görüşüb.