Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 12:08:00
Ukrayndan qayıdan tələbələrə hansı güzəştlər ediləcək? -Nazirdən cavab

 

“Hazırkı qaydalarda hər hansı bir xüsusi güzəştin nəzərdə tutulduğunu düşünmürəm”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev UNEC-i ziyarəti zamanı jurnalistlərin Ukraynada təhsili yarımçıq qalan azərbaycanlı tələbələrin yerli universitetlərə cəlb olunması ilə bağlı suallarını cavablandırarkən nəzərə çatdırıb.

 

Nazir köçürülmə prosesinin müvafiq qaydalarla ədalətli şəkildə təşkilinin vacibliyini vurğulayıb:

 

“Bildiyimiz kimi, köçürülmə prosesi ümumilikdə qaydalarla tənzimlənir. Həmin qaydalara uyğun olaraq yay müddətində tələbələr müraciət edə bilərlər. Hazırkı qaydalarda hər hansı bir xüsusi güzəştin nəzərdə tutulduğunu düşünmürəm.

 

Köçürülmə prosesinə münasibətimiz belədir ki, ölkə daxilində, yaxud xarici ölkədən köçürülmə bu və ya digər bəhanə altında universitetlərə qeyri-qanuni qəbul ilə nəticələnməsin. Ali təhsil müəssisələrinə qəbulun ədalətli formada aparılması önəmli şərtdir. Bu ədalət də DİM-in təşkil etdiyi imtahanlar vasitəsilə aparılan qəbul və ya xarici ölkələrə qəbul zamanı ali təhsil müəssisələrinin reytinqi,tələbənin burada göstərdiyi naliyyət əsasında tənzimlənməlidir. Başqa meyarlar əsasında qəbulun o qədər də ədalətli olduğunu hesab etmirəm”.

 

 Son olaraq o, -“Amma yenə də təbii ki, müvafiq hallarda məsələyə baxıla bilər. Yəni yerli ali təhsil müəssisələrinə hər hansı kütləvi qəbul müzakirə mövzusu deyil, amma qaydalar dəyişəcəyi təqdirdə prosesə baxıla bilər. Ukraynadan gələn tələbələrin köçürülmə üçün müraciət etmək hüquqları var. Meyarlar olaraq onların DİM balları, hansı universitetlərdə təhsil aldıqları,necə qəbul olunduqları və s. nəzərə alınacaq"-deyə bildirib.