Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 11:26:00
Builki “Son zəng”lər necə keçiriləcək? -Nazirdən cavab

 

“Düşünürəm ki, "Son zəng"lə bağlı nəsə demək hələ çox tezdir”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev UNEC-i ziyarəti zaman jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Nazir bu qərarı vəziyyətə uyğun olaraq Operativ Qərərgahın açıqlayacağını qeyd edib:

 

“Bu növ qərarlar Təhsil Nazirliyi tərəfindən deyil, Operativ Qərərgah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir. Hazırkı şərait davam edərsə, təbii ki, ənənəviyə yaxın formatda keçirilməsi istisna edilmir. Amma hələ ki, buna bizim 6 həftədən çox vaxtımız var”.