Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 12:22:00
Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Məktəblərin açılmasına qısa müddət qaldığına görə, xüsusən valideynləri maraqlandıran bir çox suallar yaranır. Onlar hansı məktəbin nəyə görə fərqləndiyini, necə üstün olduğunu müəyyənləşdirməyə çalışırlar.

AzEdu.az xarici mətbuata istinadən məlumat verir ki, məktəb seçərkən bir neçə ünsürə diqqət etmək lazımdır. Həmin kriteriyaları təqdim edirik:

Müəllim  keyfiyyəti

Şübhəsiz ki, ən önəmli meyar müəllimdir. Təkcə, ibtidai sinif müəllimi deyil, hər mərhələdə bu vacib faktordur. Müəllimin savadlı olması əsas olsa da, daha əhəmiyyətlisi uşaqlarla əlaqə qurmasıdır. Dinləmə bacarığı, yaxınlıq, ədalətli olması kimi keyfiyyətlər böyük əhəmiyyət daşıyır.

Təhsil proqramları

Məktəbin necə bir təhsil proqramı tətbiq etdiyi ən mühüm ünsürlərdəndir. Dərs öyrətmə üsulları necədir, tətbiq olunan təhsil proqramı uşağın inkişafı üçün nə dərəcədə dəyərlidir kimi suallara cavab tapmaq lazımdır.

Xarici dil təhsili

Məktəbin xarici dillərə nə qədər əhəmiyyət verdiyi bir məktəbi digərlərindən ayıran vacib faktorlardandır.

Sosial və idman fəaliyyətlər

Sosial və idman fəaliyyətləri şagirdlərə çox təsir edir. Buna görə, məktəbin sosial fəaliyyətinə, idman üçün yaradılan şəraitə xüsusi diqqət etmək lazımdır.

Qidalanma

Məktəb yeməkxanasında hazırlanan və ya  digər yerlərdə hazırlanıb şagirdlərə verilən yeməklərin tərkibinə və istehsal tarixinə fikir vermək lazımdır. Həmçinin, yeməkxanada hansı məhsulların satıldığı da diqqət ediləsi məqamdır.

Tapşırıq və imtahanlara hazırlıq

Şagirdin imtahanlara necə hazırladığı təhsil üçün ən mühüm meyarlardan biridir.

Məktəbin missiyası

Məktəbin sektor daxilində necə bir missiya həyata keçirdiyi böyük əhəmiyyət daşıyır.

Məktəbin evə yaxınlığı

Xüsusilə böyük şəhərlərdə məktəbə gedəcək uşaqlar üçün evə ən yaxın məktəb seçmək faydalıdır. Uşağın günün 2 saatını məktəb yoluna xərcləməsi onun motivasiyasına mənfi təsir edir.

Məktəb içində yemək

Məktəblərdə yemək xidmətinin olması uşağın sağlam inkişafı baxımından səmərəlidir.

Texnoloji imkanlar

Texnoloji vasitələrinin akademik uğura olan təsiri hər zaman mübahisəli bir məsələ olaraq qalır.