Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 11:30:00
Qərbi Kaspi Universitetinə qəbul olanların nəzərinə!

AzEdu.az universitetlərə qeydiyyat üçün tələb olunan sənədləri təqdim etməyə davam edir:

Qərbi Kaspi Universitetinə qəbul olunan abituriyentlərin nəzərinə:

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

-Attestat və ya Diplomun əsli
-Foto şəkil (6 ədəd) (3x4)
-Şəxsiyyət vəsiqəsinin surəti
-Tibbi arayış
-Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
-Təhsil haqqı (50 faiz)
-İş nömrəsi və şifrə

Qeydiyyat bu ünvanı: Bakı şəhəri, İstiqlaliyyət 27

18 yaşı tamam olmamış şəxslər qeydiyyatdan keçərkən mütləq qaydada qanuni nümayəndələri-valideynləri ilə birlikdə gəlməlidirlər. Valideynlər olmadıqda tələbə adını qazanmış şəxslər valideynlərdən birinin notarial qaydada verdiyi etibarnamə əsasında üçüncü şəxslərlə də qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.