Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 12:38:00
UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir

 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
  2. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
  3. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
  4. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • ərizə;
  • kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat (referatın yazılmasına tələblərlə https://unec.edu.az/application/uploads/2015/02/Referat-n-yaz-lmas-na-t-l-bl-r.pdf ünvanında tanış ola bilərsiz. Elmlər doktoru proqramı üzrə sənəd verənlər referat təqdim etmirlər);
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
  1. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 5 may 2022-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaqdır.
  2. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, UNEC-in IV korpusu (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 104).
Telefon: (012) 440-57-49

CƏDVƏL