Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 11:00:00
YÖS imtahanında ən çox bu detallara diqqət edilməlidir-Mütəxəssis xəbərdarlıq etdi

Türkiyə universitetləri YÖS imtahan tarixlərini açıqlayıb. Bəzilərində proses ənənəvi formada, bəzilərində isə onlayn qaydada təşkil olunacaq. Bu məqamda abituriyent hansı məqama diqqət etməli və imtahan seçimində nələrə nəzər salmalıdır?

“Hər bir universitet özü YÖS imtahanını bir cür təşkil edib, keçirir. Elə universitetlər var ki, sadəcə özü keçirdiyi imtahanının nəticəsinə əsasən, tələbə qəbul edir, digər heç bir imtahanları nəzərə almır. Bunlardan İstanbul, Akdeniz universitetlərini misal göstərmək olar”.

 

Bunu AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə mütəxəssis Nigar Rüstəmova açıqlayıb. O, universitetlərin imtahan şərtlərinə diqqət etmənin vacibliyini də vurğulayıb:

”Lakin Ankara, Maramara, Bursa Uludağ universitetləri həm öz keçirdiyi imtahanın, həm də SAT nəticəsinə əsasən tələbə qəbulu həyata keçirir. Tələbələr universitetlərin bu kimi şərtlərinə çox diqqətli yanaşmalıdır. Kənar universitetdən yığılan YÖS nəticəsini hər universitet qəbul etmir. Demək olar ki, bütün digər universitetlər İstanbul universitetinin nəticəsini qəbul edir. Diqqət edilməli məsələlərdən ən vacibi də universitetlərin imtahana qatılmaq üçün verdiyi qeydiyyat tarixidir. Bəzi universitetlər namizədlərdən tələb edir ki, məhz YÖS sınavını Türkiyədəki versinlər”

İmtahana düşəcək mövzulara, səhvin düzü aparması məsələsinə, imtahana verilən müddətə də diqqət edilməlidir. Bəzən universitetlər eyni gündə eyni saatlarda imtahan təşkil edirlər. İmtahan seçimində abituriyent və valideyn profesionala müraciət etməlidir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları