Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 10:48:00
Tibb təhsili niyə Dövlət Proqramında yoxdur?  - Nazirlikdən CAVAB

2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”da tibb təhsili yoxdur, amma ictimai səhiyyə ixtisası var. 

 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda deyib.

 

O bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramında üstünlük magistratura pilləsinə verilir, tibb təhsilində isə magistratura pilləsi yoxdur:

 

"Tibb təhsilinin uzunmüddətli olması, bəzi ölkələrdə bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi-nəzərindən də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq”.