Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 14:49:00
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi AÇIQLANDI 

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı 15 may 2022-ci il tarixində keçiriləcək. Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

 

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur. Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2021-ci ildə qəbul (buraxılış) imtahanında iştirak edən və imtahanda topladığı balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2021-ci ildəki qəbul (buraxılış) imtahanının nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər yuxarıda gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).

Gülcahan Məmmədova
Müəllifin digər yazıları