Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-02 13:07:00
Müharibə Ukraynanın ali təhsil sisteminə ciddi zərbə vurdu-Ekspert təhlili

“Rusiyanın Ukraynaya hücumu və hazırda davam edən müharibə ali təhsil bisnesinə böyük zərbə oldu“.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib deyib. O, abituriyentlərin və xaricdə təhsil şirkətlərinin atacağı addımları da dəyərləndirib:

 

”Ali təhsil almaq üçün hər il minlərlə tələbə Ukraynaya yollanır. Bununla məşğul olan şirkətlər də kifayət qədərdir. Müharibənin təsiri ilə tələbələr Türkiyə və Avropa ölkələrində təhsil alacaqlar.Əsas üstünlük isə Türkiyə universitetlərinə veriləcək. Bu universitetlərə qəbul iki üsulla aparılır-YÖS və attesta vasitəsilə. Vətəndaşlarımız öncədən də üstünlüyü Türkiyə və Ukrayna universitetlərinə veriblər. İndi isə Ukraynada proseslər qarışıq olduğu üçün Türkiyəyə axın güclənəcək”

 

Xaricdə təhsillə bağlı müəssisələr Ukraynada itirdiklərini Türkiyədən qazana biləcəklər.

Həmçinin Rusiya universitetləri də xarici tələbələr baxımından uduzacaq.