Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 10:19:00
Ölkədaxili və xaricində təhsil qovşaqları şəbəkəsi yaradılacaq-Sergey Şkarlet

 

Ukrayna Təhsil və Elm Nazirliyi regionla hərbi idarələrlə birlikdə təhsil qovşaqları şəbəkəsinin yaradılması prosesində üzərində çalışır.

 

Şəbəkənin yaradılmasında əsas məqsəd məcburi köçkünlərin təhsil prosesinin və həyat fəaliyyətinin yüksək keyfiyyətli və sürətli təşkilinə dəstəkdir.

 

AzEdu.az xəbər verir ki, Ukrayna Elm və Təhsil Nazirliyinin məlumatına əsasən,ilk mərkəz Xmelnitski vilayətində regional hərbi idarənin dəstəyi ilə yaradılıb.

 

Layihəyə bölgənin ən yaxşı mütəxəssislərin cəlb olunduğu bildirilib.  Bu mərkəz Ukraynanın ən məşhur texnoloji kolleclərindən birində - Xmelnitski Politexnik Kollecində yerləşir. Prosesdə hədəf auditoriya müxtəlif təhsil pillələrinin tələbələri və onları valideynləri olan məcburi köçkünlərdir.

 

Həmçinin nazir Sergey Şkarlet yaxın gələcəkdə müharibə səbəbilə ukraynanlıların böyük qisminin təxliyə olunduğu ölkələrdə də bu layihənin tətbiqi planlaşdıırlır. Belə ki, Çexiya, Polşa, Rumıniya, Baltikyanı ölkələrə gedən məcburi köçkün olan təhsilalanlar üçün bu tip mərkəzlərin fəaliyyətinin təşkili nəzərdə tutulur.