Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 09:13:00
Ukraynadan qayıdan pakistanlı tələbələr ölkəmizdə təhsilə cəlb oluna bilərlər-Rektor

 

“Pakistanın Azərbaycandakı səfiri ilə görüşdə cənab səfir bildirdi ki, Ukraynada 4000- ə qədər pakistanlı tələbə təhsilini yarımçıq qoymağa məcbur olublar”

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

 

Rektor Ukraynada təhsilləri yarımçıq qalan pakistanlı tələbələrin azərbaycan ali təhsil müəssisələrində tədrisə cəlb oluna biləcəyini qeyd edib:

 

“Həmin tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrində təhsillərini təşkil etmək olar. Biz səfirə bildirdik ki, Ali Məktəbimiz bu məsələdə fəal iştirak edə bilər. Yaxşı olardı ki, universitetlərimiz də Pakistan səfirliyi ilə sıx işləyib, həmin tələbələrin məhz Azərbaycanda təhsil almalarını təmin edərdilər”.