Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 15:39:00
“İlin gənc müəllimi”nin finalçısı tanınmış layihədə uğur qazandı-FOTO

 

Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Babək Rzazadə “ESL Teachers Development” layihəsində uğur qazanıb.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi və Amerika səfirliyinin dəstəyi ilə keçirilən layihədə müsahibə yolu ilə seçilmiş 30 müəllim iştirak edib.

 

Onların arasında ən yaxşı 6 iştirakçı müəllim seçilib və sertifikatdan əlavə, TKT (Teaching Knowledge Test) imtahan biletini hədiyyə olaraq qazanıb.

 

Uğur əldə edən 6 ən yaxşı iştirakçılardan biri də Babək Rzazadə olub.

 

Qeyd edək ki, Babək Rzazadə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin finalçısı olub.