Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-23 11:00:00
Kolumbiyada məktəb avtobusunun uçuruma düşməsi nəticəsində 6 uşaq ölüb

Kolumbiyanın şimalında məktəbliləri aparan avtobus uçuruma düşüb.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 azyaşlı ölüb. Bu barədə çərşənbə axşamı Santander qubernatoru Maurisio Hurtado məlumat verib.

Laguna de Ortizes - San Andres yolunda məktəb avtobusu qəza törədib. Nəticədə 6 azyaşlı ölüb. Ümumilikdə 15 nəfər xəsarət alıb”, - deyə o “Twitter” səhifəsində yazıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.