Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 17:33:00
Latviyada  təqaüd proqramına müraciət davam edir   

Latviya Respublikası Hökumətinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu davam edir.
 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2022-ci ildir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.


Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.


Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.