Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 13:12:00
Günümüzün təhsil ekspertləri kimlərdir? – Şahlar Əsgərovdan cavab

 

 

“Kimsə özünü təhsil eksperti sayırsa, demək, onun şəxsi haqqında çox yüksək fikirləri var”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.  

 

O, təhsil eksperti adının kimlərə verilməli olduğu ilə bağlı fikirlərə münasibət bildirib:

 

“Ölkəmizdə təhsil eksperti adının verilməsinin hüquqi bazası yoxdur. Kimsə özünə təhsil eksperti deyə, jurnalistlər də onu ekspert kimi təqdim edə bilərlər.  Bunu iddia   edən şəxslər  təhsil sahəsində ən yüksək biliklərə malik olmalıdır. Kimsə özünü təhsil eksperti hesab edirsə, demək, onun şəxsi haqqında çox yüksək fikirləri var. Həmin insan güman edir ki, pedaqogikanın və təhsilin bütün problemlərini bilir, ona görə də özünə ekspert deyir”.

 

Şahlar Əsgərov qeyd edir ki, o, hansısa şəxsi ekspert adlandırmır:

 

“Mənim kimisə ekspert adlandırmaq kimi  səlahiyyətim yoxdur. Deyim ki, məsələn bu təhsil ekspertidir, başqası isə  yox, doğru olmaz. Bunu cəmiyyət özü görməlidir, əgər insanlar inandığı şəxslərin sözünə qulaq asır, digərini isə dinləmirsə, birinci şəxs onun üçün ekspertdir. Cəmiyyət hamını eyni dərəcədə qiymətləndirirsə, bu halda o, yaxşını pisdən seçməyi bacarmır”.

 

Təhsil eksperti adının verilməsi çox səhv addımdır, 50 ildir ki,   Ali Attestayasiya Komitəsi insanlara elmi ad verib, lakin bəzən,  bunun heç bir xeyri olmayıb. Alim adı verilsə də,   alimliyi olmayıb. Ekspert də bu şəkildə tənzimlənəcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları